Kristal Abşeronda ŞOK MAXİNASİYALAR: Ağalar Vəliyev və Məhayət Nəbiyev HƏBSXANANIN kandarında….

Kristal Abşeronda ŞOK MAXİNASİYALAR: Ağalar Vəliyev və Məhayət Nəbiyev HƏBSXANANIN kandarında….

Ağalar Vəliyevin dəmir yolu kənarında tikdiyi binalar qatar keçəndə əsməcəyə düşür…


Kristal Abşeron mənzil sahiblərindən mühafizə pulu, xadimə pulu, lift pulu, istilik pulu və s yığır…

Bu pullar Ağalar Vəliyevin cibinə gedir…

İki gün öncə Prezident İlham Əliyev cənabları Azərbaycan Televiziyasına müsahibəsində sahibkarlıqla, bizneslə məşğul olan məmurlara xəbərdarlıq etmişdi:“Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir”.

Çox gözəl, çox pakizə.

Bu gün oxuyuruq: “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı, “Kristal Abşeron” tikinti şirkətinin “xozeyn”i Ağalar Vəliyev sabiq spiker Oqtay Əsədov üçün Qubanın Qəçrəş kəndində dəyəri milyonlar olan dəbdəbəli villa inşa etdirib. Və villa bir neçə hektarlıq ərazidə “Kristal Abşeron” tikinti şirkəti tərəfindən inşa edilib. Meşənin içərisində tikilən villa deputat Ağalar Vəliyev tərəfindən Oqtay Əsədova hədiyyə olunub.

Birincisi, məlum olan odur ki, Ağalar Vəliyev kimi məmurlar, deputatlar Preizdentin xəbərdarlığından nəticə çıxartmır.

İkincisi, bir adam neçə vəzifə daşıyar ?
Ağalar Vəliyev “Azəraqrartikinti” kimi böyük bir qurumun sədridir, Allah qoymasa deputatdır və üstəlik “Kristal Abşeron” tikinti şirkətinin sahibidir. Axı, bu adam haradan vaxt tapıb 3 sahədə hətta fiziki cəhətdən necə iştirak edir ?
Görünür, bu adamın bir ayağı Milli Məclisdə, o biri ayağı “Azəraqrartikinti”də, bir əli də “Kristal Abşeron”da olur.

Bəs atalar deyib ki, bir əldə iki qarpız tutmaq olmaz. Amma Ağalar Vəliyev bir əldə 3 qarpız tuta bilir. Bərəkallah.

Üçüncüsü, Ağalar Vəliyev bu qədər artırib ki, milyonlarla dəyəri olan villa hədiyyə edir, özü də Oqtay Əsədova.

Niyə Ağalar Vəliyev bir şəhid ailəsinə bir daxma bağışlamır ?

Dördüncüsü, Ağalar Vəliyev kimdir ki, meşədəki ağacları doğrayıb, Oqtay Əsədova meşədə villa tikir ? Cənab Prezident günün birində Binəqədi rayonunda, Sulutəpə ərazisindəki “Əriklik” deyilən ərazinin hara yoxa çıxdığını soruşacaq.
Beçincisi, o milyonlar Ağalar Vəliyevə dədəsi İsrəfil kişidən miras qalmayıb ee. Bu pullar Ağalar Vəliyevin xalqdan və dövlətdən oğurladığı milyonlardır.

Bütün bunlar azmış kimi, deputatın cavan oğlu Pərviz Vəliyev Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə binalar tikir, ümumiyyətlə, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.
Deputatın oğlu İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar otelinin sahibidir.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir”.

Ağalar Vəliyevin “Kristal Abşeron”u hətta özünə əla reklam-şüarı da tapıb: XƏYALLARINIZI İNŞA EDİRİK.

Sənin xəyalların özünə qalsın, sən insanların son ümidini məhv edirsən, xəyallarını başına uçurdursan.

Ev almaq istəyən vətəndaşlar Kristal Abşeron şirkəti ilə bağlı haralara şikayət etmirlər.
Ev alanlar yazır ki, heç düşmənimə də Kristal Abşeron-dan ev almağı məsləhət bilmirəm.
Digər bir mənzil sahibi yazır ki, Kristal Abşeron-un tikdiyi binaların bir hissəsi düz dəmir yolunun qırağındadır, qatarlar gedəndə evlərimiz silkələnir.

Təsəvvür edirsiniz, Kristal Abşeron-dan ev alan sakinlər qışın soyuğunda evlərində donurlar, binanın komendatları isə öz keflərindədir.
Bəli, şirkətin sahibi Ağalar Vəliyevi sakinlərin sağlamlığı, talehi maraqlandırmır, onu ancaq PUL maraqlandırır.

Hətta narazı sakinlər bir neçə dəfə mitinq keçirmək, öz etirazlarını bildirmək üçün Prezident Admnistrasiyasının qarşısında toplaşmaq istəyiblər.
Sonuncu devalvasiyadan sonra Ağalar Vəliyev işçilərinə tapşırıb ki, qiymətləri qaldırın. Təsəvvür edirsiniz, 50 kvadratlıq mənzil 110 min manata satılır.

Bu azmış kimi Ağalar Vəliyevin şirkəti vətəndaşlardan dolların məzənnəsinə uyğun krediti ödəməyi tələb edir. Nəticədə vətəndaş qanunsuzluqla üzləşir və soyğunçuluqla qarşılaşır.

Vətəndaş yazır ki, şirkətin Xırdalandakı binasında ona məxsus 41 kv.m mənzilə reyestr çıxarışı üçün ondan rüşvət tələb edirlər. Vətəndaş rüşvəti vermədiyi üçün Kristal Abşeron vətəndaşın işığını 7 gün kəsərək onu qaranlıqda qoyub. Kristal Abşeron sakinlərdən istilik sisteminə görə əlavə pul tələb edir.

Kristal Abşeron üstəlik mənzil sahiblərindən mühafizə pulu, xadimə pulu, lift pulu, istilik pulu yığır. Və bu pullar Ağalar Vəliyevin cibinə gedir.
Bütün bu narazılıqların bir gün Ağalar Vəliyevin başında çatlayacağı bəllidir. Cibinizi möhkəm qoruyun, cənab Vəliyev./gundelik-baku.com

28-07-2021, 12:16



Fikirlər