“A4 PLAZA” MMC 219 min borcla tenderlərdə necə qalib olur? - İcazə verin, şübhələnək...

“A4 PLAZA” MMC 219 min borcla tenderlərdə necə qalib olur? - İcazə verin, şübhələnək...

Son aylar dövlət satınalmalarının təkmilləşdirilməsi,yeni qanunun qəbul olunması ətrafında ciddi müzakirələr gedir. Sözügedən sahədə şəffaflığın təmin olunması, sağlam rəqabətin təmin edilməsi, dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi bu gün həllini gözləyən ən aktual məsələlərdəndir.

Bu gün 5-10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış MMC-lər bir çox tender və kotirovka sorğularının qalibləri olurlar ki, əldə etdikləri gəlirlərdən vergi vermir, sosial ödəmələrdən yayınır,dövlətə milyonlarla manat ziyan vururlar.

Aktualinfo.org bir çox dövlət qurumları tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalması ilə bağlı elan olunmuş kotirovka sorğularının keçirilməsi ətrafında araşdırmalar aparıb. Daha çox dəftərxana və təsərrüfat mallarının satınalmalarında iştirak edən “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalibi olduğu son tenderlərin bir neçəsini diqqətinizə çatdırırq.

“Azəraliminium” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif növ və miqdarda məişət mallarının satınalınması üzrə keçirilmiş 69 190.83 manat məbləğində satınalma müqaviləsi 12.07.2021-ci il tarixdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına dəftərxana mallarının satın alınması üzrə 71 864.95 manat məbləğində satınalma müqaviləsi 09.07.2021-ci il tarixdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəftərxana mallarının satınalınması üzrə 51 780.41 manat məbləğində satınalma müqaviləsi 09.07.2021-ci il tarixdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

“Azəraliminium” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalma müqaviləsi bağlandığı günə “A4 PLAZA” MMC-nin dövlətə olan vergi borcu 219 315.74 manat təşkil etmişdir.“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə 09.07.2021-ci il tarixdə müqavilə bağlanarkən vergi borcları barədə məlumat bazasında MMC-nin 192 589 45 manat borcu olduğu göstərilib.Yəni 3-4 gün ərzində MMC-nin borcu 27 min manat artıb. Qeyd edək ki, ödənilməmiş vergi öhdəliyi olan podratçı ilə satınalma müqaviləsinin bağlanılması “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir. Bəs vergi borcu olan bu MMC satınalmalarda iştiraka necə buraxılıb?

“Azəraliminium” Açıq Səhmdar Cəmiyyətinin satınalmalar üzrə mütəxəssisi Rizvan Əbdürrəhmanov redaksiyaya bildirib ki, tender prosedurunun keçirilməsi zamanı sözügedən MMC vergi borcu olmaması barədə Tender Komissiyasına arayış təqdim etmişdir. Onda sual yaranır. Dövlətə 219 315.74 manat vergi borcu olan MMC vergi borcu olmaması barədə arayışı hansı yollarla əldə etmişdir? Bu MMC o qədər böyük vergi ödəyicisi deyil ki, borcun bir ay ərzində yaranması iddialarına inanasan. Bəs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Vergi Xidməti “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti belə bir saxtakarlığa necə yol vermişdir?
“A4 PLAZA” MMC 219 min borcla tenderlərdə necə qalib olur? - İcazə verin, şübhələnək...

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.10.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, VUNQTAU, ev 18A, m. 11, qanuni təmsilçisi kimi isə Məmmədov Elşən Abbasəli oğlu qeyd olunub.

Qeyd edək ki, “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti son bir ildə dəftərxana və təsərrüfat mallarının satınalması üzrə bir neçə dovlət qurumları satınalma müqailələri bağlamışdır. Bağlanmış müqavilələrdən də görsəndiyi kimi MMC o qədər də böyük vergi ödəyicisi deyil. 2021-ci ilin altı ayı ərzində MMC-nin müxtəlif qurumlarla bağladığı müqavilələrin məbləği 512 799 manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalında göstərilmiş 219 315.74 manat vergi onu göstərir ki, MMC qalibi olduğu tenderlərin heç birindən vergi ödəməyib.

Aktualinfo.org

14-07-2021, 08:22



Fikirlər