İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 1-03-2024, 22:45

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.

Bu barədə İsveçrə hökuməti məlumat yayıb.

“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.


8 178 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti