Dünya çempionu 29 yaşında öldü

  • A-
  • A
  • A+
Gündəm / İdman | 19-01-2024, 14:04

Dünya çempionu 29 yaşında öldü

Kanadalı atlet, dünya çempionu Şon Barber 29 yaşında vəfat edib.

Bu barədə ABŞ-ın Akron Universitetinin atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı uzun sürən xəstəlikdən sonra Kinqsvuddakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 m nəticə göstərərək, Kanada rekordunu yeniləyib.


8 216 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti