Azərbaycanın sığorta bazarı 28% böyüyüb

  • A-
  • A
  • A+
Gündəm / İqtisadiyyat | 23-10-2023, 12:32

Azərbaycanın sığorta bazarı 28% böyüyüb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 28,2% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7% çoxdur.
Bu il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.


9 699 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti