Sizin reklam burada
Sizin reklam burada

Prezidentdən 11 milyonluq SƏRƏNCAM


Prezident İlham Əliyev Xaçmaz rayonunda avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

REALNEWS.AZ xəbər verir ki, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)-Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.5-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə həvalə olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ