Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda AĞIR QƏZA: Qadın öldü, yaralılardan ikisi azyaşlıdır


Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan REALNEWS.AZ-a bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ