Sizin reklam burada
Sizin reklam burada

VƏTƏN MƏNƏ OĞUL DESƏ NƏ DƏRDİM - Şəhid Dursunov Zeynali Əlləz oğlu - Saatlı r/nu, Günəşli kəndi


Realnews.az saytının rəhbəri Zaur Qafarov, ehtiyatda olan polkovnik leytenant Firdovsi Vəliyev və Firəngiz Əkbərova Saatlı rayonunun Günəşli kəndində ll Qarabağ müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Dursunov Zeynalı Əlləz oğlunun məzarını ziyarət etmişlər. Daha sonra şəhidin ailəsində olmuş, çay süfrəsinə əyləşmişlər.

Ehtiyatda olan Polkovnik Firdovsi Vəliyev Şəhid Dursunov Zeynalı Əlləz oğlunun qəhrəmanlıq göstərdiyi döyüş yolundan geniş bəhs etmişdir. Görüşdə Saatlı rayon İcra Hakimiyyəti Başçısının Günəşli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mirzəliyev Natiq Xudaşükür oğlu ll Qarabağ şəhidlərinin göstərdiyi qəhrəmanlıq salnaməsindən söz açmış, daima şəhid ailələrinin yanında olmasının vacibliyini onlara mənəvi dayaq olmalarını vurğulamışdır.

Sonda şəhidin adına dualar oxunmuş ailəsinə Allahdan səbr diləmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ