Sizin reklam burada
Sizin reklam burada

AĞSTAFA İCRA HAKİMİYYƏTİ ƏLİLLİYİ OLAN ŞƏXSDƏN 1500 MANAT TƏLƏBİ - ŞİKAYƏT - VİDEO


REALNEWS.AZ saytı olaraq xalqın səsinə səs vermək, onların şikayətini işıqlandırmamaq təbii ki, bizə xas olmayan bir hissdir. Bu gün bir vətəndaşın xahişi ilə bağlı çəkiliş etdik. Vətəndaşın dərdini dinlədik.

Bu vətəndaş Aprel döyüşlərindən bu günə kimi xeyriyyəçi işlərlə məşğul olan Dilbər İsayevadır. Dilbər xanım çox xeyriyyə işləri ilə məsğul olub, könüllü olaraq hələ 44 günlük Vətən müharibəsində onu dayandırmaq olmayıb. Çox yaxından arxa cəbhədə qulluq edənlərdən olub.

Dilbər xanim hərbiçi ailəsində böyüyüb. Və ona görə də Hərbi hissəyə yaxın yerdə yaşayıblar. Ağstafa da Saloğlu qəsəbəsində, köhnə SSRİ-nin 42303 hərbi hissəsinin orda yerləşən hərbi bazasında gicgah nahiyyəsindən, alnının dəri altından, qoldan və ayaqdan yaralanib. 2001-ci ildən bu günə kimi müalicələri ile davamlı şəkildə müalicə alir. İndi də özünün dediyinə görə: "yaş öz sözünü deyir, agrılarım daha da artir. Əzab cəkirəm”.

Dovlətin ayırdığı kompensasiya III qrup əlilliyə gorə onun dərmanlarına belə yetmir.

Bütün bunlara baxmayaraq Dilbər xanım xeyriyyə işindən də: "Əl çəkə bilmirəm" deyir. Şuşaya gedən də o qədər kövrəldim. Çünki Şəhidləri göz önümdə canlandırdım. Qazilərimizi düşündüm, onların bu torpaqlara görə canlarından, qanlarından keçməsini canlandırdım: yəni - artıq "N" saylı hərbi hissələrdə olan igidlərə ev yeməyi edə bilməyən də yata da bilmirəm. Onların dogrudan ev yeməklərinə, şirniyyatlarına ehtiyacı var, dövlət bunu edir, ordumuza həqiqətən də yaxşı baxırlar. Ərzaq, geyim baxımdan. Bunu dana bilmərəm. Sadəcə mən özüm sakitləşirəm bunu edərəkdən. Onlar mənim balalarımdı hamısı,mənim bir qızım var, onlar da mənim qızımın qardaşlarıdı dedi. Onlarda bişirdiklərimdən, aldıqlarımdan dadsınlar. Heç bir yerdə mən müsahibə verməmişəm. Bu xeyriyyə işlərimlə bağlı məni çoxları tanıyır, reklamı sevmirəm, indi də deməzdim… siz israr elədiniz deyə dilimə gətirdim. İgidlərimizin halal xoşları olsun. Onlar sayəsində rahatlıqla sərbəst gəzirik şəhərdə. Allah ordumuzu qorusun. Hər ananın duasındadirlar.



Dərmanları necə ala bildiyi haqqında sualımıza isə belə cavab verdi:

- "Mən ağır dərmanlar qəbul edirem, inanın dərmanlarımın hansının ki, satışa icazə yoxdur. Onu dövlət qarşılayır, yerdə qalanını hər zaman mənə dəsdək olan Bəhruz Nəsirli xeyriyyə sevən şəxs alır. Ona o qədər təşəkkür hissi duyuram ki.... - Yəni mənə, çox yardim edir, Pandemiyadan bura bir əli üzərimdədi.




Mən cənəb prezidentimizə evlə bağlı müraciət eləmişdim, saqolsunlar məktubuma cavab olaraq məni, Ağstafanın köhnə İcra hakimiyyəti başçısı Elxan müəllim bu işə baxaraq məni torpaqla təmin etdi. Təbii ki, də bu prezidentimizin göstərişi idi. Yeni torpaq bələdiyyə sənədi ilə verilmişdi. Lakin Ağstafanin yeni gələn İcra hakimiyyəti bu sənədin qüvvədə olmadığını dəfələrcə deyərək məndən 1500 manat dövlət rüsumuadı ilə pul tələb edirlər. Torpağı öz adıma keçirilməsi təsdiqlənə bilər deyə bildirdi. Əgər mən qızımın maaşı, başqalırının dəstəyi ilə və dövlətin verdiyi 150 m kompensasiya ilə bu 1500 manatı haradan alaraq, necə verə bilərəm? Bu torpaq məktubuma cavab olaraq verilib, nece onu mənimsəmək və yaxudda 1500 m dövlət rüsumudu dəyə bilərlər, düşündükcə əsəbləşirəm, gərginləsirəm. Bu da səhhətimə mənfi təsir edir, sudurqa keçirirəm.

Ağstafanın İcra hakimiyyəti çağırıb bu işə yenidən baxacağını deyərək və bu torpağın tikilməsində köməklik edəcəklərini desələr də, heç bir sözlərinə riayət etmədilər. Dövlət tərəfindən 400 manat konpensasiya ilə köməklik gösdərdilər, ona çox ehtiyacım var idi, dərmanlarımı aldım, saglamlığım da önəmlidi. Hər yük də qızımın üzərinə düşməsini istəmirəm, o da gəncdi, onun da istəkləri var, o da geyinmək, keçinmək istəyir. 13 yaşından mənə baxır. Mən də isdəyirəm qızım xoşbəxt olsun, balam mənə çox bağlıdı."

Biraz kövrəlir ,susur, yenidən sozlərinə davam edir...

- "Yenidən şikayət edib, görüş təşkil elədim, bu səfərdə İcranın işçisi Sənan adlı şəxs Azərbaycanın inkişafı olmadiğinı və bütün əlimizdə olan imkanları Türkiyəyə dəstək amacıyla verdiklərini dedi və nə zaman əlimizdə imkan olar o zaman sizə köməklik edərik deyərək yola saldı.

Mən çox şey istəmirəm, bəlkə də kiməsə çox görsənə bilər, amma bəlkə də kiminsə 3 gündə abur-cubura xərclədiyi puldu o, sadəcə 1 otaqli ev istəyirəm, qaldığım ev kirayədi, bu evin yiyəsidə özü köcəcəyini bildirib. 9 ildi bu evdə yaşayıram, bir-birimizə qarşılıqlı hörmət edirik.

Prezdentimizdən, Mehriban xanımdan bir ana kimi və qeyrətli qardaşlarımızdan, imkanlı bacılarımızdan bir ana kimi mənə bir otaqlı evimin olmasına köməklik etmələrini xahiş edirəm. Tək istəyim 1 otaqlı evimin olmasıdı."

Dilbər xanımın həqiqətəndə yenədə şirniyyatlar, ev yeməkləri hazrlamısdı, hətta gedib yenə də ət aldı ki, bişirdiyi dolma az oldugunu dedi.
Yəni insan bu qədər yükün altında yenə də səngərdə olan igidlərimizi düşünmək dogrudanda kövrəldici idi. Beləki bunu bir ana düşünə bilər. Yəqin ki, bu belə qalmayacaq, yəqin ki, bu çəkilişdən sonra bir tədbir görüləcək.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ