Sizin reklam burada
Sizin reklam burada

Vəzifəli şəxsin sirkə turşusu içən sürücüsü öldü


1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.

REALNEWS.AZ-ın məlumatına görə, E.Abdullayev bu gün səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin onun qohumları saytımıza açıqlamasında məlumatı təkzib edib. Sonradan əldə etdiyimiz məlumata görə, həkim rəyində E.Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi qeyd olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ