"Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 15:54

[center][/center]
"Roblox Corporation” 2026-cı ilin ikinci rübü üzrə məyusedici maliyyə nəticələri açıqlayıb və problemləri yeni viral oyunların olmaması ilə əlaqələndirib. Şirkətin bazar dəyəri 70 milyard dollar azalıb, səhmləri isə eyni dövrdə 70 faiz ucuzlaşıb.
Bu barədə "Dexerto” yazır.
Hesabata əsasən, 2026-cı ilin ikinci rübündə gündəlik aktiv istifadəçilərin sayı 123 milyona düşüb. Halbuki 2025-ci ilin üçüncü rübündə bu göstərici rekord həddə — 152 milyon istifadəçiyə çatmışdı.
Şirkət həmçinin bildirib ki, istifadəçi xərclərinin həcmi illik müqayisədə yalnız 8 faiz artıb. Halbuki əvvəlki dövrlərdə bu göstəricidə daha sürətli artım müşahidə olunurdu.
"Roblox”un maliyyə direktoru Naveen K. Çopra gəlirlərin azalmasını oyunçuların marağının 2025-ci ilin yüksək gəlirli hitlərindən daha aşağı saatlıq monetizasiyaya malik oyunlara yönəlməsi ilə izah edib.
Vəziyyəti daha da çətinləşdirən amillərdən biri yeni tövsiyə sisteminin tətbiqi olub. Bu sistem qısamüddətli gəliri maksimum artırmaqdan daha çox oyunçuların platformada uzun müddət qalmasına yönəlib.
Şirkət 2026-cı ilin tam ili üçün maliyyə proqnozu təqdim etməkdən imtina edib. "Morningstar” analitik şirkəti isə "Roblox”un nəticələrini "dəhşətli” adlandıraraq istifadəçi aktivliyi və xərclərlə bağlı əsas göstəricilərin demək olar ki, hamısında mənfi dinamika olduğunu vurğulayıb.
Analitiklər qeyd edirlər ki, "Roblox”un əsas problemi ayrı-ayrı viral layihələrin təsadüfi uğurundan asılı olmasıdır. İstifadəçilər yeni maraqlı oyunlar tapa bilmədikdə platformada daha az vaxt keçirir və oyun daxili valyuta olan "Robux”u daha az alırlar.
Daha əvvəl məlum olmuşdu ki, "Rockstar” şirkəti "GTA 6 Online” üçün ideyalar toplamaq məqsədilə "Roblox” və "Fortnite” yaradıcıları ilə görüşüb. Şirkət istifadəçilər tərəfindən hazırlanan məzmunu inkişaf etdirmək istəyir.
Qaynarinfo


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti