[center]

[/center]
Cəlilabad rayonunda yerləşən Göytəpə meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı "Bizimesr"ə görüntülər göndərilib.
Videogörüntülərdə yaş palıd ağaclarının kəsildiyi görünür. Bildirilir ki, hadisə Cəlilabad rayonunda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 10 A saylı dolayında baş verib.
Qeyd edək ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Masallı, Cəlilabad və Yardımlı rayonlarının meşə ərazilərini əhatə edir. Mərkəzə Nəsimi Nəsirovun rəhbərlik etdiyi bildirilir.
Görüntülərdə iri gövdəli palıd ağaclarının kəsilməsi əks olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovdan araşdırma aparılması və qanunsuzluq aşkarlanacağı təqdirdə tədbir görülməsi tələb olunur.
Bizimesr.media olaraq məsələni diqqətdə saxlayacağıq.
VİDEO LİNKDƏ: [url=https://bizimesr.media/az/post/goytepe-mesebeyliyinde-yas-palid-agaclari-bele-kesilib-satilir---video-22848]https://bizimesr.media/az/post/goytepe-mesebeyliyinde-yas-palid-agaclari-bele-kesilib-satilir---video-22848[/url]