FHN bu helikopterlərə yarım milyon xərcləyəcək

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 27-01-2026, 14:41

[center]FHN bu helikopterlərə yarım milyon xərcləyəcək[/center]
Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi KA-32A tipli helikopterlərdə istismar olunan 4 ədəd TV3-117VMA mühərriklərinin təmirəqədər resursunun artırılmasına, 4 ədəd TV3-117VMA və 1 ədəd Aİ-9 mühərriklərinin təmirəqədər istismar müddətlərinin və resursunun artırılması xidmətinə 505 155 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, bu xidmət “Falcon İnternational Fze” şirkəti tərəfindən göstəriləcək.

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub, satınalma birbaşa olub.


4 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti