“Yeni ev yeddi” MMC-ə sakinləri təhlükədə: Lift probelmi niyə həll olunmur-Şikayət

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 26-01-2026, 09:48

[center]“Yeni ev yeddi” MMC-ə sakinləri təhlükədə: Lift probelmi niyə həll olunmur-Şikayət[/center]
İçərisində 6 nəfərin olduğu lift qırılıb, xəsarət alan var.

Bu iddianı Paytaxtın Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında yaşayan sakinlər irəli sürüblər. Onlar bildiriblər ki, hadisə ötən gün saat 11:00 radələrində baş verib.

Nərminə Yusifova adlı sakin də həmin liftin içərisində olduğunu və xəsarət aldığını deyir.

Sakinlər bildirirlər ki, “Yeni ev yeddi” MMC-yə məxsus olan binada dəfələrlə belə vəziyyət yaşanıb.

Güllü Hacıyeva isə bir müddət əvvəl yenə bu binada qıırılan liftdə xəsarət alan sakinlərdən biridir.

Məsələ ilə bağlı özünü “Yeni ev yeddi MMC”-nin direktoru kimi təqdim edən şəxs İlqar Hüseynov bildirdi ki, liftdə hər gün olmasa da, ayda bir-iki dəfə texniki xəta baş verir. Bu hadisəni də sırf texniki xəta adlandırdı.

FHN-dən isə “Xəzər Xəbər”ə bildirildi ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri hazırda araşdırma aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


7 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti