Pirotexniki vasitələr satan 14 nəfər saxlanıldı

  • A-
  • A
  • A+
Gündəm / Dünya | 20-12-2025, 15:49

[center]Pirotexniki vasitələr satan 14 nəfər saxlanıldı[/center]
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb:
“Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”.


5 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti