Hizbullah İsrailin hərbi-kəşfiyyat qərargahına zərbə endirdi

  • A-
  • A
  • A+
Dünya | 19-11-2024, 18:55

Hizbullah İsrailin hərbi-kəşfiyyat qərargahına zərbə endirdi

Hizbullah təşkilatının silahlı dəstələri İsrailin paytaxtı Təl-Əvivin yaxınlığında yerləşən Qlilot hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib.

Bu barədə hərəkatın Teleqram kanalında məlumat verilib.

“Müqavimət qüvvələri Təl-Əvivin kənarında, Livan-Fələstin sərhədindən 110 km məsafədə yerləşən Qlilot bazasını (İsrail hərbi kəşfiyyatının qərargahı) yüksək dəqiqlikli raketlərlə atəşə tutublar”, - deyə bildirilib.

Hücumun nəticələri barədə informasiya verilmir.


2 375 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti