Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

  • A-
  • A
  • A+
Dünya | 9-06-2023, 07:42

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub


Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

realnews.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.


8 031 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti