“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır

  • A-
  • A
  • A+
Cəmiyyət | Today, 14:51

[center][/center]
“Diamed Hospital”ı idarə edən “İdeal Tibb Şirkəti” MMC (VÖEN: 1800647811) 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Ötən il şirkətin əsas əməliyyat gəlirləri 13,8 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 755 min manat və ya 5,8% daha çoxdur. Xatırladaq ki, şirkət 2024-cü ildə 13 milyon manat gəlir əldə etmişdi.
Ötən il “İdeal Tibb Şirkəti”nin satışlarının maya dəyəri 10 milyon 473 min manat olub. Bu məbləğ 2024-cü ildə 9 milyon 254 min manat idi. Bir ildə artım 1 milyon 219 min manat (13,2%) daha çoxdur. Hesabat dövründə klinikalar şəbəkəsinin sair əməliyyat gəlirləri 57 min manat azalaraq sıfıra enib. Kommersiya xərcləri 3 milyon 44 min manat (50,4%) artaraq 9 milyon 84 min manata, sair əməliyyat xərcləri 726 min manat (41 dəfə) artaraq 744 min manata yüksəlib.
Bundan başqa, amortizasiya xərcləri 54,5 min manat (13,4%) azalaraq 351,5 min manata, inzibari xərclər 516,2 min manat (6,4 dəfə) azalaraq 96,3 min manata, maliyyə xərcləri 2 milyon manat (11 dəfə) azalaraq 197 min manata düşüb.
Yekunda ötən il şirkətin əməliyyat mənfəəti 3 milyon 341 min manat, mənfəət vergisi xərci 151,2 min manat olub. Bununla da, şirkətin xalis mənfəəti 3 milyon 190 min manata bərabər olub. Xalis mənfəət 2024-cü illə müqayisədə 507 min manat və ya 13,7% azalıb. Belə ki, şirkət 2024-cü ildə 3 milyon 697 min manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövrünün sonunda, “İdeal Tibb Şirkəti”nin cəmi aktivləri 28 milyon 263 min manat təşkil edib. Bu, son bir ildə 9 milyon 779 manat və ya 52,9% artım deməkdir. Aktivlərin artmasının əsas səbəbi kapitallaşma üçün 8 milyon 603 min manat vəsaitin ayrılmasıdır.
Bundan başqa, topraq, tikili və avadanlıqlardakı aktivlər 9 milyon 787 min manat, ehtiyatlar 4 milyon 79 min manat, qısamüddətli debitor borcları 2 milyon 12 min manat, pul vəsaitləri və onların ekvivalentləri 1 milyon 26 min manat olub. Pul vəsaitləri son bir ildə 1 milyon 662 min manat (2,6 dəfə) azalıb.
Bəhs olunan dövrün sonunda MMC-nin cəmi öhdəlikləri 1 milyon 537 min manat və ya 13,1% azalaraq 10 milyon 162 min manata düşüb. Uzunmüddətli faiz xərci yaradan öhdəliklər 2 milyon 270 min manat, qısamüddətli kreditor borcları 1 milyon 466 min manat, digər qısamüddətli öhdəliklər 6 milyon 37 min manat olub.
Nəticə olaraq, ötən ilin sonunda “İdeal Tibb Şirkəti” MMC-nin cəmi kapitalı 18 milyon 101 min manat təşkil edib. Bu, son bir ildə 11 milyon 316 min manat və ya 2,7 dəfə çoxdur. Nizamnamə kapitalı 100 manatdan 9 milyon 520 min manata artırılıb. Ödənilməmiş zərər 6 milyon 162 min manat, bölüşdürülməmiş mənfəət 2 milyon 419 min manat təşkil edib. /Fed.az/


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti