DataLife Engine / ABŞ İrandakı etirazlara görə 9-cu sanksiya paketini elan etdi - SİYAHI

ABŞ İrandakı etirazlara görə 9-cu sanksiya paketini elan etdi - SİYAHI

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib.

Xarici KİV xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ilə eyni vaxtda ABŞ-ın İranda insan haqlarının pozulması ilə əlaqəsi olduğu müəyyən edilən 10 yüksək rütbəli rəsmi və 1 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bildirilib ki, bu, İranda 2022-ci ildə etirazların başlanmasından bəri dinc nümayişçilərin dağıdılmasına görə məsul olan məmurları hədəf alan doqquzuncu sanksiya addımıdır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) açıqlamasında bildirib ki, sanksiya tətbiq edilən qurum İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kooperativ Fondudur, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusu Kooperativ Fondunun idarə heyətinin 5 üzvü, kəşfiyyat və təhlükəsizlik katibinin müavini, Türkiyə və İranda İnqilab Keşikçiləri Korpusunun 4 yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq edilib.

Qeyd olunub ki, sanksiyaya məruz qalan İran rəsmiləri arasında kəşfiyyat nazirinin müavini Naser Rəşidi, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Tənavar, SEPAH-ın Kirmanşahdakı Qərb Bölgə Qərargahının komandanı Məhəmməd Nəzər Əzimi, Qərb Bölgəsi komandirinin müavini, Asiya komandirinin müavini və İsfahan vilayəti üzrə komandiri də var.
24-01-2023, 13:16
Вернуться назад