Əsas Səhifə > Son xəbərlər, Mədəniyyət > 70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda

70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda


4-05-2015, 16:47
70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir. Toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin baş nazirləri, baş nazir müavinləri, maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri 2 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında olublar. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, təqribən 70-ə yaxın ölkədən olan qonaqlar dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyiblər. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm musiqidən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.
Geri qayıt