Əsas Səhifə > Son xəbərlər, İdman > General Hacı Əliyevin rütbəsini artırdı

General Hacı Əliyevin rütbəsini artırdı


23-08-2019, 12:25
General Hacı Əliyevin rütbəsini artırdı

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.


O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.


Bunadək leytenant rütbəsini daşıyan 28 yaşlı üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.(qafqazinfo)
Geri qayıt