Əsas Səhifə > Son xəbərlər, Cəmiyyət > 17 yaşlı məhbus: "Mənimlə cinsi əlaqədə olub"

17 yaşlı məhbus: "Mənimlə cinsi əlaqədə olub"


20-04-2015, 22:33
17 yaşlı məhbus: "Mənimlə cinsi əlaqədə olub"Bir neçə ay öncə rəfiqəsini ürəyindən bıçaqlayaraq öldürən qız ifadəsində yeni cinayət barədə məlumat verib.

Realnews.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 27-də otaq yoldaşı Şəms Abdullayevanı öldürən 1998-ci il təvəllüdlü Aydan Xalidova hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. A.Xalidova Cinayət Məcəlləsinin 120-ci maddəsinə görə həbs edilib. Bu dəfə isə o ifadəsində bildirib ki, 2013-cü ildə, yəni 15 yaşı olarkən Ələkbər adlı şəxslə cinsi əlaqədə olub. Faktla bağlı Xəzər RPİ İstintaq Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Geri qayıt