Əsas Səhifə > Son xəbərlər, Cəmiyyət > Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI — RƏSMİ - VİDEO

Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI — RƏSMİ - VİDEO


14-08-2019, 13:08
Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI — RƏSMİ - VİDEO

Sosial şəbəkədə Hövsan sakinləri və bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifaədlər işlədən gənclərin şəxsiyyəti müəyyən edilib.

Anews.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Ölkə.Az"-a bildirib ki, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir. E.Hacıyev bildirib ki, hər iki şəxs polis şöbəsinə gətirilərək, onlarla profilaktik söhbət aparılıb və hərkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan görüntüdəki şəxslərdən biri - Məmmədli İlkin sonradan Hövsan sakinlərindən üzr istəmişdi.
Qeyd: Videoda qeyri-etik ifadələr var.
Geri qayıt