Əsas Səhifə > Son xəbərlər / Cəmiyyət > “Dəfələrlə şahidi olmuşam valideyn çimərlikdə oturub yeyib-içir, uşağı isə nəzarətsiz buraxıb...” - Ekspert...

“Dəfələrlə şahidi olmuşam valideyn çimərlikdə oturub yeyib-içir, uşağı isə nəzarətsiz buraxıb...” - Ekspert...


12-08-2019, 14:35
“Dəfələrlə şahidi olmuşam valideyn çimərlikdə oturub yeyib-içir, uşağı isə nəzarətsiz buraxıb...” - Ekspert...

Xəbər verdiyimiz kimi Nardaran çimərliyində dörd azyaşlı uşaq çimərkən boğularaq ölüb.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Moderator.az-a açıqlamasında bildirib ki, bu cür hadisələrə səbəb valideynlərin uşaqları nəzarətsiz buraxmasıdır:

“Çimərlikdə uşaqları nəzarətsiz buraxmaq olmaz. Hər bir valideyn çimərlikdə uşaqları nəzarətdə saxlamalı, bir anlıq belə diqqətdən kənara buraxmamalıdır. Dəfələrlə şahidi olmuşam valideyn çimərlikdə oturub yeyib-içir, uşağı isə nəzarətsiz buraxıb. Sonra da bəxdbəxt hadisələrin baş verməsi qaçılmaz olur. Nardaran çimərliyi bəlkə də təhlükəsizlik və təmizlik baxımından öndə olan çimərliklərdən biridir. Burada suya yüz metr də girsən hələ dərinlik heç bir metr eləmir, suyun dibi düzdür, daş qaya parçarları elədə yoxdur”.

Ekspert deyib ki, küləkli havada çimərliyə getmək olmaz. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilsə də, çox təəssüf ki, buna riayət edən çox adam var:

“Qaldı ki, küləkli havada çimərliyə getmək olmaz. Bunu həmişə yadda saxlamaq lazımdır. Dünən güclü külək olubsa, səhər hava qızmardırsa həmişə getdiyin çimərlikdə olsa belə yenə diqqəti olmalısan. Çünki dünənki külək suyun dibini dəyişə bilər. Odur ki, insanlar çimərlikdə təhlükəsizlik qaydalarına riayət etsələr, bədbəxt hadisələr də baş verməz”.
Geri qayıt