DataLife Engine / Qəza baş verən ərazidə vəziyyət necədir? - Fotolar

Qəza baş verən ərazidə vəziyyət necədir? - Fotolar

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir. Partlamış borudan su axmasının qarşısı alınıb. Ərazidə “Azərsu” ASC-nin, Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işləyirlər.

Su basmış yollar palçıqdan təmizlənir. Hazırda partlayış baş verən su borusunun təmiri ilə bağlı qazıntı işləri aparılır.

Partlayış baş verən ərazidən çəkilmiş son görüntüləri təqdim edirik:

Eldar Tanrıverdi

Fotolar: Pərvin Zeynal


Qəza baş verən ərazidə vəziyyət necədir? - Fotolar
26-10-2022, 10:59
Вернуться назад