Əsas Səhifə > Son xəbərlər, Cəmiyyət > Yağış ictimai nəqliyyatın hərəkətini iflic etdi – Agentlikdən açıqlama

Yağış ictimai nəqliyyatın hərəkətini iflic etdi – Agentlikdən açıqlama


9-08-2019, 12:09
Yağış ictimai nəqliyyatın hərəkətini iflic etdi – Agentlikdən açıqlama

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ictimai nəqliyyatın hərəkətini də çətinləşdirib.
Bu barədə bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.


O, deyib ki, bəzi küçələrdə yağış suyu yığılmasına görə hərəkətdə çətinliklər yaranıb: “Buna misal olaraq Qaraçuxur, Yeni Günəşli istiqamətini göstərmək olar. Yollarda sıxlıq olduğundan avtobuslar da gecikməylə gedib”.

BNA yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Geri qayıt