Əsas Səhifə > Son xəbərlər, Cəmiyyət > Bakıda ərəbin başına oyun açdılar

Bakıda ərəbin başına oyun açdılar


29-06-2019, 11:29
Bakıda ərəbin başına oyun açdılar

Bakıda əcnəbi vətəndaşın telefonu və pul kisəsi oğurlanıb.

Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı Alhmir Aşad Abdulaziz Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, Nizami küçəsində yerləşən "Şərbət" kafesinin çöl hissəsində qoyulmuş masada oturan zaman bir nəfər şəxs rolik sürərək onun oturduğu masanın yanına gələrək içərisində 1300 ABŞ dolları, 140 manat olan pul kisəsini və telefonunu götürərək qaçıb.

Faktla bağlı araşdırma aparılır.

unikal.org
Geri qayıt