Əsas Səhifə > Son xəbərlər, İdman > "Neftçi"nin Türkiyədə ilk sınağı

"Neftçi"nin Türkiyədə ilk sınağı


20-06-2019, 11:27
"Neftçi"nin Türkiyədə ilk sınağı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirəcək.

Qol.az-ın məlumatına görə, Roberto Bordinin komandası Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.
Geri qayıt