Əsas Səhifə > Son xəbərlər, Hadisə > Xəzərdə güclü partlayış - Ölən və yaralananlar var / VİDEO

Xəzərdə güclü partlayış - Ölən və yaralananlar var / VİDEO


11-06-2019, 11:04
Xəzərdə güclü partlayış - Ölən və yaralananlar var / VİDEO

Rusiyanın Mahaçqala limanındakı tankerdə güclü partlayış baş verib.

Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 2 nəfər həyatını itirib. Bir neçə nəfərin yaralandığı bildirilir.

Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayış tankerdən neftin nəqli zamanı qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır.


Geri qayıt