Əsas Səhifə > Son xəbərlər, Dünya > Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb


11-06-2019, 09:35
Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb

Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Avtobusda sərnişinlərin Çanaqqalaya ekskursiyaya getdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt