Əsas Səhifə > Son xəbərlər, Hadisə > Rusiyada təqaüdçü iki nəfəri öldürüb, daha iki nəfəri yaralayıb

Rusiyada təqaüdçü iki nəfəri öldürüb, daha iki nəfəri yaralayıb


11-06-2019, 08:58
Rusiyada təqaüdçü iki nəfəri öldürüb, daha iki nəfəri yaralayıb

Rusiyada təqaüdçü iki nəfəri öldürüb, daha iki nəfəri yaralayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Yakutiyada baş verib. Vilyuysk rayonunun Kirov kəndində 54 yaşlı təqaüdçü odlu silahdan atəş açaraq 4 tanışını yaralayıb.

Bildirilir ki, 45, 28, 27 və 26 yaşlı yaralılar xəstəxanaya aparılıblar. Onlardan 2-i aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Hadisənin məişət zəminində baş verən qarşıdurma səbəbindən törədildiyi bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Geri qayıt