Əsas Səhifə > Son xəbərlər, Şou Biznes > Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı


7-06-2019, 11:33
Məşhur cütlük ayrıldı

Hollivudun məşhur cütlüyü Bredli Kuper ilə İrina Şeykin ayrıldığı iddia olunub.

Open.az xəbər verir ki, bu haqda "The Sun" qəzeti məlumat yayıb.

Rusiyalı model Şeykin Kuperin 3,6 milyon sterlinq dəyərindəki evindən köçdüyü irəli sürülüb.

Məşhur cütlük ayrıldı

Cütlüyə yaxın mənbənin verdiyi məlumata görə, İrina və Kuperin bir neçə aydır arasında "soyuq küləklər" əsir. Aralarındakı bu soyuqluq İrinanı evindən köçməyə vadar edib.

Qeyd edək ki, 2015-ci ildən birlikdə olan cütlüyün 2 yaşlı qızı var.

Xatırladaq ki, Bredli Kuperin rejissoru olduğu və baş rolda oynadığı "A Star is Born" filmində dünya şöhrətli müğənni Ledi Qaqa ilə eşq yaşadığı iddia olunub. Onların Oskar mükafat gecəsində performansı və yaxın münasibəti gündəmdən düşməyib. Qaqanın Kuperə aşiq olduğu deyilib.
Geri qayıt