Əsas Səhifə > Son xəbərlər, Hadisə > SON DƏQİQƏ! Tanınmış aktyor intihar etdi

SON DƏQİQƏ! Tanınmış aktyor intihar etdi


15-05-2019, 14:07
SON DƏQİQƏ! Tanınmış aktyor intihar etdi

Tanınmış amerikalı aktyor, 42 yaşlı Ayzek Keppi intihar edib.

O, ABŞ-ın Arizona ştatındakı Belemont şəhərinin həndəvərindəki Transwestern Road-da körpüdən özünü atıb.


Yola düşən Keppinin üzərindən yuk maşını keçib.

Polisdən verilən məlumata görə, Ayzek Keppi intihardan əvvəl yazıb: "İtirməyə heç nəyi olmayan insandan qorxun. Çünki belə insanın qoruyacağı heç nəyi yoxdur. Özümü yaxşı insan hesab edirdim, lakin belə olmamışam".

Aktyor lostlarından, habelə mərhum pop kralı Maykl Ceksonun qızı Peris Ceksondan üzr istəyib. P.Cekson 2018-ci ildə partilərdən birində Keppinin onu boğmağa çalışdığını demişdi.

A.Keppi "Terminator: Salvation", "Thor" və "Family Guy" filmlərindəki rolları ilə tanınırdı.
Geri qayıt