Əsas Səhifə > Son xəbərlər, Mədəniyyət > Amaliya Pənahovanın oğlundan jurnalistlərə - QADAĞA

Amaliya Pənahovanın oğlundan jurnalistlərə - QADAĞA


8-02-2019, 15:10
Amaliya Pənahovanın oğlundan jurnalistlərə - QADAĞA

Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması barədə yazılan xəbərlər sənətkarın oğlu İlqar Muxtarovun narazılığına səbəb olub.

İ.Muxtarov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, indidən sonra bu barədə yazmağı jurnalistlərə qadağan edir:

"Yalandır, hamısı yalandır. Bilmirəm, kimə maraqlıdır bu məsələ? Bu, etik söhbət deyil, qardaşım. Yazın ki, belə şeylər etikadan kənardır. Bundan sonra heç kimə bu barədə yazmağa icazə vermirəm. O məlumatı haradan götürüb yazıblar?"

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat edib.
Geri qayıt