DataLife Engine / Çində fabrikdə yanğın: Onlarla insan həlak oldu

Çində fabrikdə yanğın: Onlarla insan həlak oldu

Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.

Noyabrın 21-də günorta saatlarında başlayan yanğın axşam saat 20:00 radələrində nəzarət altına alınıb.

Hazırda ərazidə axtarış işləri aparılır. Ölü və yaralı sayının artması istisna olunmur.
22-11-2022, 10:04
Вернуться назад