DataLife Engine / 248 saylı tam orta məktəbində ÖZBAŞINALIQ - Xəyyam Fərəcov aylıq yığır..Araşdırılsın! ŞOK İDDİA

248 saylı tam orta məktəbində ÖZBAŞINALIQ - Xəyyam Fərəcov aylıq yığır..Araşdırılsın! ŞOK İDDİA

248 saylı tam orta məktəbində ÖZBAŞINALIQ - Xəyyam Fərəcov aylıq yığır..Araşdırılsın! ŞOK İDDİA


Xəyyam Fərəcov direktoru olduğu 248 saylı tam orta məktəbdə açıq aşkar özbaşınalıq ilə məşğul olur. Bu barədə bizə çox saylı şikayətlər daxil olub.

Tayfabazlıq, qohumbazlıq Azərbaycan təhsilinin ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar təhsil sistemində önəmli kürsülər tutaraq millətin gələcəyinə balta çalırlar. Müxtəlif yollarla təhsil sisteminə doluşan belə “əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç cür anlamaq olmur. 248 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə elə məlumat daxil olub ki, indiyə qədər Təhsil Nazirliyinin vəziyyətə niyə müdaxilə etmədiyinə sadəcə şaşırmaq olar. Məktəbdən verilən məlumatlarda bildirirlər ki, dəfələrlə Bakı şəhər Baş Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciətlər etsələr də onların səsini eşidən olmayıb. “Artıq Təhsil Nazirliyinə də inamımız azalıb. Çünki biz şikayətçilər dəfələrlə Təhsil Nazirliyinə faktlarla məktəbdə baş verənləri çatdırmışıq. Ancaq heç bir faydası olmayıb” deyə şikayətçilər bildirirlər.

Daha ətraflı növbəti sayımızda.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
19-02-2024, 15:00
Вернуться назад