Əsas Səhifə > Son xəbərlər, Siyasət > Fars-molla rejimi soydaşlarımızı təqibi davam etdirir

Fars-molla rejimi soydaşlarımızı təqibi davam etdirir


11-01-2019, 14:21
Fars-molla rejimi soydaşlarımızı təqibi davam etdirir

Güney Azərbaycanın milli-mədəni fəalları Sulduz Şəhər Məhkəməsinə çağırılıb.

Axar.az xəbər verir ki, məhkəməyə çağırılan Ulduz (Mədinə) Qasımi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarinin yanvarın 16-da məhkəməyə müraciət etmələri istənilib. Məhkəmə iclasında fəallara qarşi irəli sürülən ittihamlara baxılacaq.

Prokurorluq tərəfindən hazırlanan iddianamədə fəallar “qanunsuz yığıncağa qatılmaq və başqalarını dəvət etmək, həmçinin simvolik xarakter daşıyan xüsusi rənglı şaldan istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Qeyd edək ki, 2018-ci il mayın 25-də Sulduzda 2006-ci il etirazlarında canlarını fəda edən şəhidlərin məzarı başında anım mərasimi təşkil olunub. Təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan mərasimdə bir neçə azərbaycanlı fəal saxlanılıb.
Geri qayıt