Əsas Səhifə > Son xəbərlər, İdman > Nurməhəmmədov UFC prezidentini hədələdi - "Bəxtin gətirdi ki, kəməri mənə verdin"

Nurməhəmmədov UFC prezidentini hədələdi - "Bəxtin gətirdi ki, kəməri mənə verdin"


10-10-2018, 11:02
Nurməhəmmədov UFC prezidentini hədələdi - "Bəxtin gətirdi ki, kəməri mənə verdin"

UFC üzrə çempion Həbib Nurməhəmmədov təşkilat rəhbəri Deyn Uaytı hədələyib.

Realnews.az oxu.az-a istinadən bildirir ki, idmançı bu fikirlərini Instagram hesabında yazıb.

O bildirib ki, əgər Uayt mükafatı ona verməsəydi, UFC prezidentinin avtomobilinə zərər yetirəcəkdi.

"Deyn Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin park olunduğu yeri bilirəm", - idmançı yazıb.

Şərhlərdə UFC prezidenti bu məlumatı idmançının atasına çatdıracağını bildirib.

Qeyd edək ki, dağıstanlı Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Həbib Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.
Geri qayıt