Əsas Səhifə > Son xəbərlər, İdman > Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib


9-10-2018, 16:24
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtını dəyişdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar Bakıda futbol üzrə UEFA Avropa Liqasının final matçının da keçirilməsi ilə əlaqədar qəbul edilib.

Yeni qərara əsasən, bədii gimnastika üzrə Avropa çempionatı 16-19 may tarixlərində baş tutacaq. Bundan əvvəl, bu turnirin mayın 31-dən iyunun 2-dək keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayın 29-da keçiriləcək.
Geri qayıt