Əsas Səhifə > Son xəbərlər, Dünya > Putin Ərdoğandan sonra onunla görüşəcək

Putin Ərdoğandan sonra onunla görüşəcək


14-09-2018, 17:30
Putin Ərdoğandan sonra onunla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 18-də Moskvada Macarıstan Baş naziri Viktor Orbanla görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Rusiya-Macarıstan münasibətləri və digər beynəlxalq məsələlər olacaq.

Qeyd edək ki, bu görüşdən bir gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Putinlə görüşəcək.
Geri qayıt