DataLife Engine / Rusiya İrana pul verir, yeni neft kəməri çəkdirir...

Rusiya İrana pul verir, yeni neft kəməri çəkdirir...

İran holdinqi Rusiya şirkətlərinə dəstək məqsədilə neft kəməri çəkməyi planlaşdırır.

Bu sözləri “Sina Energy Gostar Holding”in rəhbəri Məhəmməd Ziyar deyib.

O, bir müddət əvvəl İranın neft naziri Cavad Ovcinin Rusiyaya səfəri zamanı imzalanan sənədin detallarını təqdim edib:

“Sənəd şərq enerji bazarını təmin edən Rəfsəncan-Məşhəd (“Təbaş” kəməri) neft kəmərinin çəkilməsində əməkdaşlıqla bağlıdır. Kəməri “Sina Energy Gostar Holding” və Rusiyanın “Pronsıreimport” şirkəti çəkəcək”.

Kəmərin uzunluğu 948 km-dir, iki nasos stansiyası və 3 terminal olacaq.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi dörd il çəkəcəkŞ maliyyəsini isə Rusiya ayıracaq. Bu kəmərin istismarı sayəsində sutkada 150 min barrel neft məhsullarını nəql etmək mümkün olacaq.(Axar.az)
9-11-2022, 11:48
Вернуться назад