Əsas Səhifə > Son xəbərlər, Dünya > Yerevan meriyasında xüsusi əməliyyat keçirilir

Yerevan meriyasında xüsusi əməliyyat keçirilir


13-06-2018, 13:36
Yerevan meriyasında xüsusi əməliyyat keçirilir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Yerevan meriya binasında əməliyyat keçirir.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, xüsusi əməliyyat hazırda davam edir.

Əməliyyatın təfərrüatları barədə yaxın zamanlarda məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Yerevan meriyasında korrupsiya halları aşkar olunmuşdu. Yerevan sakinləri etiraz aksiyaları keçirərək mer Taron Marqaryanın istefa verməsini tələb edib.
Geri qayıt