Əsas Səhifə > Son xəbərlər, Dünya > Bu gün ABŞ-ın Qüdsdə səfirliyi açılacaq

Bu gün ABŞ-ın Qüdsdə səfirliyi açılacaq


14-05-2018, 13:41
Bu gün ABŞ-ın Qüdsdə səfirliyi açılacaq

Bu gün Qüdsdə ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçiriləcək.

Sonxeber.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin açılışı yəhudi dövlətinin yaradılmasının 70 illiyinə həsr olunub. Mərasimdə təqribən 800 nəfər iştirak edəcək.

Amerika nümayəndə heyətinə ABŞ dövlət katibinin müavini Con Sallivanın başçılıq edəcəyi gözlənilir. Bundan başqa, səfirliyin açılış mərasiminə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp, onun həyat yoldaşı, Prezidentin baş müşaviri Cared Kuşner də qatılacaq.

Qeyd edək ki, ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə daşıyır.
Geri qayıt