Əsas Səhifə > Son xəbərlər, Sağlamlıq > Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı

Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı


10-04-2018, 11:24
Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı

Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.

O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".

C.Məmədov bildirib ki, 2017 ci ildə 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb: "Dövlət hesabına 1106 ürək əməliyyatı keçirilib ki, onlardan 226 nəfəri uşaqdır."
Geri qayıt