Əsas Səhifə > Son xəbərlər, İqtisadiyyat > Monqolustan XİN: "İpək yolu" marşrutu iştirakçı ölkələrin iqtisadi potensialını artıracaq

Monqolustan XİN: "İpək yolu" marşrutu iştirakçı ölkələrin iqtisadi potensialını artıracaq


13-03-2018, 10:26
Monqolustan XİN: "İpək yolu" marşrutu iştirakçı ölkələrin iqtisadi potensialını artıracaq

"İpək Yolu marşrutunun tərkib hissəsi olan və onun inkişafına töhfə verən ölkələr öz iqtisadi potensialını artırmaqla özləri böyük töhfə əldə edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında Monqolustanın xarici işlər naziri Damdin Tsoqtbatar deyib.

O vurğulayıb ki, İpək Yolunun, eləcə bu marşrutun tərkib hissəsi olan "Bir kəmər, bir yol" təşəbbüsünü qiymətləndirməmək olmaz:


"Biz yeni imkanların astanasındayıq və Monqolustan bu sahədə öz töhfəsini verəcək".

Nazir həmçinin marşrutun inkişafı ilə bağlı işlər çərçivəsində Azərbaycanın rolunun vacibliyini bildirib və qeyd edib ki, İpək Yolu layihəsi Monqolustanla Azərbaycan, eləcə də digər region ölkələri arasında əməkdaşlığa təkan verəcək.
Geri qayıt