Əsas Səhifə > Son xəbərlər, İqtisadiyyat > Kriptovalyuta bazarı bahalaşıb - Bitkoin yenə zirvədə

Kriptovalyuta bazarı bahalaşıb - Bitkoin yenə zirvədə


12-03-2018, 09:00

Kriptovalyuta bazarı bahalaşıb - Bitkoin yenə zirvədə

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən yüksəlməyə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bitkoinin qiyməti 9,12% bahalaşaraq 9,585 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 5,68% və ya 726,16 dollaradək, "Ripple" 2,62% (0,821 dollara qədər), "Bitcoin Cash" isə 11,71% (1,114 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 387,29 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.
Geri qayıt