DataLife Engine / Ədalət Hacıyev: Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır

Ədalət Hacıyev: Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi respublikamızın bütün guşələrində böyük təntənə və coşğu ilə qeyd olunur. Ulu Öndərimizin anadan olduğu 10 May tarixini xalqımız milli bayram səviyyəsində qəbul edir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan alan liderlər yeni tarix yazır və yaradır və tarixə çevrilirlər – ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.

Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. İlk növbədə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamizin tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb; Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib. Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb.

Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir.

Müstəqillik illərinin ən mühüm hadisələrindən biri 21 noyabr 1992-ci il tarixdə təsis konfransı keçirilən YAP qısa müddət ərzində təşkilatlandı, siyasi səhnədə yüksəlişə keçdi. Heydər Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb şəraitdə - ağır durumda olan Azərbaycan xalqının inam və etimad ünvanı idi. Qısa müddət ərzində xalqımızın dəstəyi ilə hakimiyyətə gələn partiya ümidləri doğrultdu, Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına və inkişaf diyarına çevrilməsini təmin etdi. Heydər Əliyev həmin mürəkkəb, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı dövrdə xalqımızın xilaskarlıq rəmzinə çevrildi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazıldı.

Ədalət Hacıyev: Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır


Ulu Öndərin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövr sabitlik və inkişaf dönəmi kimi ictimai-siyasi tariximizin yaddaşına yazılıb. Azərbaycan xaos, anarxiya, tənəzzül və böhrandan xilas olaraq inkişaf, tərəqqi yoluna qədəm qoydu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanındı.

Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük – misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə adı və statusu qazanıb.

Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Bu nailiyyətlərin əsasını qoyan ulu öndər Heydər Əliyevin ideyaları əbədi var olacaq.
8-05-2023, 10:53
Вернуться назад