DataLife Engine / Xankəndində sorosçularla daşnaklar arasında qarşıdurma qızışdı... - “Hraparak”

Xankəndində sorosçularla daşnaklar arasında qarşıdurma qızışdı... - “Hraparak”

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycanın Qarabağ torpağındakı baş separatçl Arayik Arutyunyan “prezident yanında anti-böhran şurası” yaradıb və "şuranın nizamnaməsi" təsdiq edilib.

“Nizamnaməyə əsasən, yeni struktur dövlət hakimiyyəti ilə ictimai dairələr arasında yaranmış böhranlı vəziyyətlərin aradan qaldırılması məqsədilə formalaşdırılıb. Xatırladaq ki, QHT sektorunun tanınmış üzvü, Soros qanadının Qarabağdakı nümayəndəsi sayılan Tiqran Petrosyan ötən aylardan şuranın yaradılmasını tələb edirdi. Hazırda o da şuraya daxil olur və ona rəhbərlik edir. Məlumata görə, o, həmin şuraya Nikol Paşinyanın təkidi ilə daxil edilib”.

Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.

Xəbərdə daha sonra deyilir ki, Tiqran Petrosyan Nikol Paşinyanın Qarabağdakı ruporu və onun açıqlanmayan proqramlarının icraçısı hesab olunur.

Məlumata görə, dünən sorosçu sayılan Tiqran Petrosyan Arayikin Azərbaycan dövlətinin Laçında sərhəd-buraxılış postunun qoyulmasıyla bağlı çağırdığı qondarma “təhlükəsizlik şurası”nın iclasında iştirak etməli idi. Lakin onun dəvət olunması faktı terrorçu “Daşnaksütyun” partiyasının Qarabağ bölməsinin “parlament”dəki fraksiyasının lideri Artur Mosiyanı o qədər əsəbiləşdirib ki, o, Arayikdən T.Petrosyanın həmin iclasda hansı statusa və hüquqa malik olması ilə bağlı izahat tələb edib və özü iştirak etməkdən imtina edib. Bildirilir ki, daşnak Mosiyanın məqsədi Ermənistan hakimiyyətinin Qarabağdakı “gözləri və qulağı” olan T.Petrosyanın müzakirələrdə iştirak edərək İrəvana məlumat çatdırmasının qarşısını almaq olub…

Erməni müxbirlərin Artur Mosiyan və Tiqran Petrosyanla əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
25-04-2023, 15:30
Вернуться назад