Əsas Səhifə > Son xəbərlər, Elm > BDU-nun baş müəllimi vəfat etdi

BDU-nun baş müəllimi vəfat etdi


5-05-2016, 09:47
BDU-nun baş müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) baş müəllimi vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, BDU-nun Politologiya və Sosiologiya kafedrasının baş müəllimi Rafiq Atəş oğlu Rəsulov 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.A.Rəsulov 30 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cu ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. 1972-ci ildən ADU-nun Elmi kommunizm ixtasası üzrə aspiraturasına daxil olub. 1974-cü ildən ADU-nun Elmi kommunizm kafedrasında çalışıb. 1991-cü ildən ölənədək BDU-nin Poiltologiya və Sosiologiya kafedrasının baş müəllimi olub. 2009-cu ildə fakültədə "İlin müəllimi" adına layiq görülüb. 15 elmi məqalənin müəllifidir.
Sosiologiya və Politologiya, Dünya siyasəti və beynəlxalq münasibətlər, Azərbaycan Respüblikasının milli təhlükəsizliyinin əsas istiqamətləri, Milli təhlükəsizliyin konstitusiya hüququ əsasları dərslərini tədris edib.
Geri qayıt