DataLife Engine / Kiyev yenə Rusiyanın hədəfində: ardıcıl partlayışlar baş verdi

Kiyev yenə Rusiyanın hədəfində: ardıcıl partlayışlar baş verdi

Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.

Bu barədə AFP agentliyi məlumat yayıb.

AFP-nin yazdığına görə, bu gün yerli vaxtla 08:00-08:20 arasında şəhərdə 5 partlayış səsi eşidilib.

Ukrayna mətbuatı Kiyev və onun ətrafında ən azı 8 partlayış səsinin eşidildiyini açıqlayıb.

Kiyev şəhərinin meri Vitali Kliçko partlayışlardan dolayı bəzi ərazilərdə elektrik və suyun verilişində problemlər yaşandığını bildirib.
31-10-2022, 11:59
Вернуться назад